"Mançester Yunayted"in müdafiəçisi Harri Maqauyra qeyri-etik davranışına görə cəzalandırılıb. Belə ki, İngiltərə Futbol Assosiasiyasının qərarına əsasən, futbolçu "Bornmut"la oyunda qırmızı vərəqədən sonra hakimə qarşı davranışına görə daha bir matçlıq diskvalifikasiya olunub.
Beləliklə, Maqauyra aprelin 18-də "Çelsi" ilə keçiriləcək oyunu da buraxacaq.
Qeyd edək ki, həmin qarşılaşmada cəzalı olan Lisandro Martinesin də iştirakı gözlənilmir.
Mətləb