Bu saata olan əsas xəbərlər

15 Aprel 2026 20:00 (UTC+04:00)

SİA-nın məlumatına görə, AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:

XİN-də ABŞ Dövlət Departamentinin nümayəndələri ilə Strateji Tərəfdaşlıq Xartiyası müzakirə edilib.

Bu ilin yanvar-mart aylarında narkotik vasitələrlə bağlı 2443 cinayət faktı aşkarlanıb.

İstanbulda Parlamentlərarası İttifaqın növbəti Assambleyası keçirilir.

Sabaha olan hava proqnozu açıqlanıb.

Hörmüz boğazından keçidi təmin etmək üçün Avropa koalisiya yaradır.

“Anadolu Ankası – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla icra olunub.

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum olub.

Azərbaycan və Rusiya arasında AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı razılıq əldə olunub.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının bir daha bağlanmayacağını bildirib.

Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib.

Azərbaycanın 2030-cu ilə qədər olan iqtisadi artım proqnozu açıqlanıb.