Bakının Yasamal rayonu Vidadi küçəsində fərdi yaşayış evində yanğın baş verib.
SİA-nın məlumatına görə, yanğın ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.