Ramil Rzayev etimadnaməsini Filippin Prezidentinə təqdim edib

15 Aprel 2026 14:32 (UTC+04:00)

Azərbaycanın İndoneziyadakı səfiri Ramil Rzayev etimadnaməsini Filippin Prezidenti kiçik Ferdinand Markosa təqdim edib.

SİA xəbər verir ki, bu barədə Azərbaycanın İndoneziyadakı səfirliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

"Səfir bildirdi ki, Azərbaycan Filippinlə dostluq münasibətlərini yüksək qiymətləndirir və 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 35 illiyi ərəfəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə ümid edir", - məlumatda qeyd olunub.