Biləsuvarın bəzi hissələrində işıq olmayacaq

15 Aprel 2026 09:28 (UTC+04:00)

Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

SİA-nın məlumatına görə, aprelin 15-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından çıxan 10 kV-luq 10 saylı hava xəttində təmir və ağac budanması işləri aparılacaq.

Bununla əlaqədar saat 11:00-dan 13:00-dək şəhərin Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmaylov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.