Kafe və mağazalara "qənim kəsilən" keçmiş məhkum yaxalandı

14 Aprel 2026 22:03 (UTC+04:00)

Kafe və mağazalardan silsilə oğurluq edən şəxs saxlanılıb. SİA DİN-ə istinadən xəbər verir ki, Nəsimi rayonunda talama hadisələri qeydə alınıb. Belə ki, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən iki kafedən oğurluqlar edərək zərərçəkənlərə ümumilikdə 2500 manat maddi ziyan vurub, həmçinin 2 ədəd mobil telefonu talayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 24 yaşlı S.Həmidov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı onun Sumqayıt şəhəri ərazisində bir mağazadan 418 manat və mobil telefon oğurlaması, həmçinin əvvəllər məhkum olunmuş tanışı 32 yaşlı Y.Əhmədli ilə birgə daha bir mağazadan 1690 manat dəyərində kosmetik vasitələr talaması da məlum olub. Y.Əhmədli də polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar davam etdirilir.

Mətləb