...Ukrayna müdafiəçiləri pilotsuz uçuş aparatları (PUA) və yerüstü robot sistemləri (QRU) vasitəsilə rusların mövqeyini nəzarətə götürməyi bacarıblar.
Piyada əməliyyatda iştirak etməyib.
SİA-nın əldə etdiyi məlumata görə, Charter97.org saytı Ukrayna Prezidenti Aparatının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Ukrayna dövlət başçısı qeyd edib ki, gələcək "artıq döyüş meydanındadır" və Ukrayna tərəfindən yaradılır.
...Bu müharibənin tarixində ilk dəfə olaraq düşmən mövqeyi yalnız pilotsuz platformalar - yerüstü robot sistemləri və dronlar tərəfindən tutulub. Ruslar təslim olublar və bu əməliyyat piyadaların iştirakı olmadan və bizim tərəfimizdən itkilər olmadan həyata keçirilib, - deyə Zelenski bildirib. Onun sözlərinə görə, Ratel, Termit, Ardal, Lynx, Zmey, Protector, Volya kimi Ukrayna robotları və digər robotlar cəmi üç ay ərzində 22.000-dən çox missiya yerinə yetiriblər.
...Başqa sözlə, 22 mindən çox insan həyatı xilas edilib - döyüşçü əvəzinə robot ən təhlükəli zonalara girib. Bu, ən qiymətli şeyin - insan həyatının qorunmasında yüksək texnologiyaların tətbiqindən çox şey xəbər verir, - deyə prezident qeyd edib.
Əli Babayev