“Orbanın məğlubiyyəti Kreml üçün şok, Ukrayna üçün isə qələbə oldu”...

14 Aprel 2026 18:24 (UTC+04:00)

...Baş nazir (indi artıq “keçmiş” demək olar –A.B.) Viktor Orbanın on altı illik hakimiyyəti, onun “Fidesz” partiyası parlament seçkilərində uduzduqdan sonra sona çatdı.

Peter Madyarın rəhbərlik etdiyi müxalifətdəki “Tisza” partiyası seçkilərdə qalib gəldi və Budapeştdə yeni hökumət qurur.

...Atlantic Councila görə, seçkinin nəticəsi Avropada güc balansını əhəmiyyətli dərəcədə dəyişə bilər, çünki Orbanın rəhbərliyi altında Macarıstan tez-tez AB-nin Ukraynanı dəstəkləmək qərarlarını bloklayır və Rusiyaya qarşı sanksiyalara şübhə ilə yanaşırdı.

Kiyevdə ehtiyatlı nikbinlik...

Kiyev Budapeştdə hakimiyyət dəyişikliyini alqışladı. Xarici işlər naziri Andriy Sibiqa Ukraynanın “münasibətlərdə yeni bir fəsil”ə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına hazır olduğunu bildirib.

Eyni zamanda, yeni Baş nazir Madyar artıq kurs dəyişikliyinə işarə edib: o, Orbanın əvvəllər blokladığı Ukraynanın 105 milyard dollarlıq Aİ kreditini bloklamayacağını açıqladı.

Blokadalar azdır, amma tam dəstək deyil...

...Müsbət əlamətlərə baxmayaraq, ekspertlər həddindən artıq nikbinliyə qarşı xəbərdarlıq edirlər.

Madyar əvvəllər Ukraynaya silah satışına qarşı çıxıb və sürətlənmiş AB üzvlüyünü dəstəkləməyib. Ukraynalı analitiklər Orbanın tez-tez daha geniş Avropa fikir ayrılıqları üçün əlverişli bir günah keçisi olduğunu etiraf edirlər, lakin onun getməsi buna baxmayaraq AB daxilində Kiyevə avtomatik müqavimət səviyyəsini azaldır.

Kreml üçün itki...

Orbanın məğlubiyyəti Moskva üçün ciddi bir zərbə oldu. İllərdir o, sanksiyaların sərtləşdirilməsi təşəbbüslərini bloklayır və Ukraynaya hərbi dəstəyə qarşı çıxır, Vladimir Putinin AB-dəki maraqlarını inkişaf etdirməsinə təsirli şəkildə kömək edirdi.

Sızdırılmış sənədlərə görə, Macarıstan rəsmiləri hətta Rusiya tərəfi ilə məxfi AB sənədlərini müzakirə ediblər.

...Və bu da Budapeşt və Moskva arasındakı əlaqələrin dərinliyini vurğulayır.

Analitiklər hesab edirlər ki, Orbanın getməsi Rusiyanın AB qərarlarına daxildən təsir etmək qabiliyyətini azaldır. Avropa Ukraynaya dəstəyində daha da möhkəmlənə bilər, baxmayaraq ki, Macarıstan onun aktiv dəstəkçisi olmayacaq.

Əli Babayev