Bazar nəzarəti müştəri münasibətləri və hüquqların qorunmasını əhatə edir - ŞAHİN MAHMUDZADƏ

14 Aprel 2026 16:46 (UTC+04:00)

Təcrübədə bank sektorunda iki əsas nəzarət mexanizmi mövcuddur: prudensial nəzarət və bazar davranışına nəzarət. Prudensial nəzarət daha çox bankların maliyyə dayanıqlılığı, xüsusilə kapital adekvatlığı və likvidlik göstəriciləri ilə bağlıdır. Bankın fəaliyyətinin məhdudlaşdırılması və ya bağlanması kimi qərarlar da məhz bu nəzarət çərçivəsində qəbul olunur.

SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə mətbuat konfransında qeyd edib.

Digər tərəfdən, bazar davranışına nəzarət bankların müştərilərlə münasibətləri, xidmət keyfiyyəti və istehlakçı hüquqlarının qorunması ilə əlaqədardır. Bu istiqamətdə daxil olan şikayətlər əsasən xidmət səviyyəsi və bazar münasibətləri ilə bağlı məsələləri əhatə edir.

Belə hallarda tənzimləyici orqanlar tərəfindən müvafiq hüquqi mexanizmlər tətbiq olunur, qanunvericilik çərçivəsində dəyişikliklər edilir və mövcud problemlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir.