Əfqanıstanda 18 gündür davam edən güclü yağışlar və daşqınlar nəticəsində 189 nəfərin öldüyü açıqlanıb.
SİA xarici KİV -ə istinadən xəbər verir ki, ölkənin böyük hissəsi 25 martdan bəri güclü yağışlar, külək və ani sel daşqınları ilə mübarizə aparır. 18 gündür davam edən bu əlverişsiz hava şəraiti nəticəsində insan tələfatı artıb. Milli Fəlakətlərin İdarəedilməsi Qurumu tərəfindən verilən açıqlamada daşqınlar səbəbindən 189 nəfərin həyatını itirdiyi bildirilib.
Əfqanıstanlı rəsmilərdən Mohammad Yusuf Hammad bildirib ki, 9 nəfər itkin düşüb, 253 nəfər isə yaralanıb.
Daşqınlar nəticəsində 1303 ev tamamilə dağılıb, 5800 ev isə qismən zərər görüb.