Azərbaycan Latviya ilə iqtisadi əlaqələrin perspektivlərini müzakirə edib

14 Aprel 2026 12:17 (UTC+04:00)

Azərbaycan və Latviya arasında ticarət, enerji, investisiya qoyuluşu, nəqliyyat və kənd təsərrüfatı sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi imkanları dəyərləndirilib.

SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Bununla bağlı müzakirələr azərbaycanlı nazir ilə Latviyanın kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədri Armands Krauze arasındakı görüşdə aparılıb.

M.Cabbarovun sözlərinə görə, görüş zamanı ölkələr arasında iqtisadi əlaqələrin perspektivləri qeyd edilib.