Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

14 Aprel 2026 10:40 (UTC+04:00)

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun aprelin 17-də Zəngilan rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı aprelin 24-nə dəyişdirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, vətəndaşlar əlavə məlumat almaq üçün nazirliyin Çağrı Mərkəzi (1652) ilə əlaqə saxlaya bilərlər.