Şabranda hotelin fəaliyyəti dayandırılıb - FOTOLAR

14 Aprel 2026 09:56 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Şabran rayonu, Rəhimli kəndində yerləşən "Bağçalı" hotelinin fəaliyyətini dayandırıb.

Bu barədə SİA-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edildiyi üçün həmin hotelin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.