Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsində növbəti oyunlar keçiriləcək

14 Aprel 2026 09:21 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək.

SİA xəbər verir ki, bu gün daha iki matç baş tutacaq.

İlk olaraq "Abşeron Lions" "Şəki" ilə üz-üzə gələcək. Görüş saat 17:00-da start götürəcək.

Günün ikinci oyununda isə son ölkə çempionu "Sabah" "Naxçıvan"ın müqavimətini qırmağa çalışacaq. Bu qarşılaşma saat 20:00-da başlayacaq.

Hər iki matç Bakı İdman Sarayında təşkil olunacaq.

Xatırladaq ki, ötən gün NTD "Neftçi"ni (97:94), "Ordu" "Gəncə"ni (108:106) məğlub edib. Raundun ikinci oyunları aprelin 16-17-də keçiriləcək.