Şirvanda 8 kiloqram narkotik vasitə aşkarlanıb

14 Aprel 2026 09:18 (UTC+04:00)

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ruslan Əliyev Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, ondan 8 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.