Avtomobilin vurduğu piyada xəstəxanada ölüb

14 Aprel 2026 04:03 (UTC+04:00)

Zaqatalada avtomobilin vurduğu piyada ölüb. Hadisə dünən axşam saat 21:00 radələrində Zaqatala rayonu ərazisində baş verib.

Səfər Kələşov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən piyada - 55 yaşlı İmdat İsmayılovu vurub. O aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Mətləb