97 yaşında vəfat edən xalq artisti harda dəfn olunacaq?

14 Aprel 2026 02:17 (UTC+04:00)

Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görkəmli baletmeysterlə aprelin 14-ü, saat 11:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək. Mərasimin ardınca isə İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, görkəmli baletmeyster bu gün 97 yaşında vəfat edib.

Mətləb