FİFA-dan Türkiyə klublarına BƏD XƏBƏR

13 Aprel 2026 23:16 (UTC+04:00)

FİFA İntizam Komitəsi Türkiyənin ikinci liqasında mübarizə aparan "Yeni Malatyaspor" klubuna qarşı sərt addım ataraq komandanın aktivindən 6 xal silib. SİA xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) yaydığı rəsmi bəyanatda qeyd olunub. Bildirilib ki, "Yeni Malatyaspor"a tətbiq edilən 6 xallıq cəza intizam işi çərçivəsində həyata keçirilib.

Daha əvvəl liqanı tərk edəcəyi rəsmiləşən Malatya təmsilçisi hazırda -52 xalla 18-ci pillədə, yəni turnir cədvəlinin sonuncu sırasında qərarlaşıb.

Mətləb