Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk oyununu idarə edib.
SİA xəbər verir ki, o, ötən gün B qrupunun Kosovo – Moldova görüşündə ədaləti qoruyub.
Lütfəliyeva qarşılaşma ərzində cəmi bir futbolçuya sarı vərəqə göstərib. Referi 26-cı dəqiqədə Moldova yığmasından Olqa Luçanı cəzalandırıb. Oyun isə Kosovonun 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Fəridə Lütfəliyeva aprelin 15-də Kosovo – Litva matçının ehtiyat, 18-də Moldova – Litva görüşünün isə baş hakimi olacaq. Digər referi Gülnurə Əkbərzadə isə baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçirilir.