Madyar Putinlə bağlı mövqeyini bildirdi...

13 Aprel 2026 14:02 (UTC+04:00)

...Macarıstanın yeni hakim “Tisza” partiyasının rəhbəri və gələcək baş nazir Peter Madyar Rusiya lideri Vladimir Putinlə danışıqlar masasına oturmağa hazır olduğunu bildirib.

SİA xəbər verir ki, bu barədə Nepszava məlumat yayıb. Jurnalistlər Madyardan Orbanın Rusiya ilə danışıqlar aparan “Ukraynayönümlü hökuməti” “müşahidə edəcəyi” barədə dedikləri ilə bağlı soruşublar.

Madyar izah edib ki, Macarıstan və Rusiya qonşudur və onların coğrafi mövqeyi dəyişməyəcək.

Lakin Rusiya enerjisindən asılılıq bir müddət qalacaq.

...Lazım gələrsə, danışıqlar aparacağıq, amma dost olmayacağıq, - deyə gələcək baş nazir vurğulayıb.

Madyarın sözlərinə görə, yeni hökumət xarici siyasət oyunlarına deyil, macarların real problemlərinə diqqət yetirəcək.

Əli Babayev