Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün siyasi qüvvələrdən sənədlərin qəbuluna başlayıb

13 Aprel 2026 11:48 (UTC+04:00)

Aprelin 13-də Ermənistan Mərkəzi Seçki Komissiyası 7 iyuna təyin olunmuş parlament seçkilərində iştirak etmək üçün siyasi partiya və bloklardan sənədlərin qəbuluna başlayıb.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, sonuncular 23 aprel saat 18:00-dək proporsional namizəd siyahıları da daxil olmaqla bütün tələb olunan sənədləri təqdim etməlidirlər.

Bu müddətdən sonra seçki rəqibləri - partiyalar və bloklar, eləcə də siyahılara daxil olan fərdi namizədlər - yalnız geri çəkilməklə yarışdan çıxa bilərlər.

Şübhəsiz ki, mövcud ənənəyə uyğun olaraq, siyasi qüvvələr bu məqsəd üçün ayrılmış son günlər ərzində sənədləri MSK-ya təqdim edəcəklər.