Kiyevin İsrailə və regional ölkələrə İran və müqavimət hərəkatlarına qarşı mübarizədə kömək etməyə hazır olması barədə açıqlamaları absurddur.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hizbullahın siyasi şurasının sədr müavini Mahmud Komati RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib.
O bildirib ki, Ukrayna özünə kömək edə bilmir və suverenliyini qoruya bilmir.
"O, müqavimət və ya İranla qarşıdurmada necə iştirak edə bilər? Bu, absurddur", - deyə Komati bildirib.
O əlavə edib ki, Ukrayna Avropa tərəfindən Rusiya ilə qarşıdurmada istifadə olunur.
"Buna görə də biz Ukrayna ilə qarşıdurmada Rusiyanı dəstəkləyirik", - deyə Komati vurğulayıb.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Vladimir Zelenski ABŞ-ın Yaxın Şərqdə köməyə ehtiyacı olan sonuncu şəxsdir.
Bu arada, L'Antidiplomatico Zelenskinin Yaxın Şərqdəki missiyasının uğursuz olduğunu bildirib.