Qvardiolanın komandası "Çelsi"ni darmadağın etdi

13 Aprel 2026 02:16 (UTC+04:00)

Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci turun oyunları keçirilir. SİA xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Çelsi" doğma meydanda "Mançester Siti"ni qəbul edib. Oyun "şəhərlilər"in 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra xallarını 64-ə çatdıran Xosep Qvardiolanın komandası turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Aktivində 48 xalı olan "Çelsi" isə 6-cı sıra yer alır.

Mətləb