İsrail Müdafiə Ordusu İrana qarşı əməliyyatın bərpa olunacağı təqdirdə tam döyüş hazırlığı vəziyyətinə gətirilib. İsrail mediasının yazdığına görə, Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir qoşunların İranla qarşıdurmanın əvvəlki raundları ərəfəsində həyata keçirilənə bənzər döyüş protokoluna keçirilməsini əmr edib. Bu, bütün hissə və birləşmələrin yüksək hazırlıq səviyyəsinin qorunub saxlanılmasını nəzərdə tutur.
Qeyd edilib ki, bu göstəriş ABŞ və İran nümayəndələrinin Pakistandakı danışıqları dalana dirəndikdən sonra verilib və yaxın vaxtlarda hərbi qarşıdurmanın bərpasına hazırlığı nəzərdə tutur.
Mətləb