“Turan Tovuz” “Sumqayıt“ı məğlub edib

12 Aprel 2026 22:37 (UTC+04:00)

Futbol üzrə Misli Premyer Liqasının XXVII turunda “Turan Tovuz” “Sumqayıt“ı məğlub edib. SİA xəbər verir ki, qarşılaşma qərb təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Tovuz şəhər stadionunda baş tutan matçda ilk qol 9-cu dəqiqədə vurulub. Ev sahiblərinin heyətində Filip Ozobiç hesabı açıb. 50-ci dəqiqədə fərq iki topa yüksəlib. Joarlem Santos hədəfi düzgün nişan alıb. Qonaqlar buraxılan qollardan birinin əvəzini 64-cü dəqiqədə çıxıb. Rayan Senhadji başla dəqiq oynayıb. Bu qol qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib.

Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv xallarının sayını 52-yə çatdıraraq üçüncü pillədəki yerini möhkəmləndirib. “Sumqayıt” isə 32 xalla yeddincidir.

Mətləb