...Marsda suyun olması planetdə müəyyən bir həyat formasının mövcud ola biləcəyini göstərir.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Qəhrəmanı və kosmonavt Sergey Volkov RİA Novosti-yə bildirib ki, “...Biz orada suyun tapıldığını dəqiq bilirik. Deməli, müəyyən bir həyat forması mövcuddur, çünki su həyatdır. Bakteriyalar orada yaşayır, ona görə də ora getməyimizin bir səbəbi var” Volkov həmçinin bildirib ki, görüşlərdə ondan tez-tez yadplanetlilərlə təmaslar, Amerikanın Aya enişi və buraxılışdan əvvəl “Səhranın ağ Günəşi” filminə baxmaq ənənəsi barədə soruşulur.
Bir müddət əvvəl Roskosmosun Kosmik Sistemlər Departamentinin direktor müavini Denis Kutovoy üç kosmik gəmidən istifadə edərək Venerada həyat əlamətləri axtarmaq planlarını açıqlayıb.
Əli Babayev