...Hörmüz boğazı üç həftə ərzində tam açılmazsa, Avropa hava limanları sistemli reaktiv yanacaq çatışmazlığı ilə üzləşəcək.
Avropa Hava Limanları Assosiasiyası olan ACI Europe, reaktiv yanacaq ehtiyatlarının tükənməsi və "hərbi fəaliyyətin tələbata təsiri"nin təchizat vəziyyətini daha da ağırlaşdırdığı barədə xəbərdarlıq edib.
SİA-nın məlumatına görə, bu barədə Assosiasiyanın Avropa Nəqliyyat Komissarı Apostolos Tsitsikostaya ünvanladığı məktubda deyilir və “Financial Times” qəzetinə istinadən xəbər verilir.
İşgüzar dairələr Aİ rəsmisini “aeroport sənayesində reaktiv yanacağın mövcudluğu ilə bağlı artan narahatlıqlar və Aİ tərəfindən aktiv monitorinq, eləcə də tədbirlərin görülməsinə ehtiyac” barədə xəbərdar edir.
Məktubda deyilir ki,..əgər Hörmüz boğazından keçid növbəti üç həftə ərzində əhəmiyyətli və davamlı şəkildə bərpa olunmazsa, Aİ üçün sistemli reaktiv yanacaq çatışmazlığı reallığa çevriləcək.
Sənaye nümayəndələri həmçinin bütün Aİ turizm ekosisteminin əsasını təşkil edən hava səyahətləri üçün yay mövsümünün yaxınlaşması barədə xəbərdarlıq edirlər.
Nəşr qeyd edib ki, Vyetnam kimi bəzi Asiya ölkələri çatışmazlıqlar səbəbindən reaktiv yanacaq tədarükünü məhdudlaşdırmağa başlayıblar.
Lakin, yanacaq qiymətlərinin ikiqat artmasına və aviaşirkətlərin mümkün uçuşların ləğvi barədə xəbərdarlıq etməsinə baxmayaraq, Avropa hələ belə geniş yayılmış qıtlıq yaşamayıb.
...Argus Media xəbər agentliyinin məlumatına görə, 9 aprel tarixinə olan məlumata görə, şimal-qərbi Avropada reaktiv yanacağın standart qiymətləri İranla müharibədən əvvəl ton üçün təxminən 750 dollar olduğu halda, 1573 dollara çatıb. Avropa aviaşirkətləri bir neçə həftəyə kifayət edəcək qədər yanacaq əldə etməli olduqlarını bildiriblər, lakin təchizatçılar may ayına qədər təchizata zəmanət verə bilməzlər.
Məktubda ACI Europe sənayenin hərəkətlərini əlaqələndirməsinə kömək etmək üçün ümumavropa təchizat monitorinqinə çağırıb.
...Hazırda Aİ-də aviasiya yanacağının istehsalını və mövcudluğunu xəritələşdirmək/qiymətləndirmək və izləmək üçün bir sistem yoxdur, - deyə hava limanı nümayəndələri bildiriblər.
“Financial Times” vurğulayıb ki, Hörmüz boğazı dünya aviasiya yanacağı tədarükünün təxminən 40 faizi üçün tranzit marşrutudur.
Əli Babayev