...Huawei istehlakçı biznes direktoru He Qanq şirkətin ağıllı eynəkləri ilə çəkilmiş bir şəkli paylaşıb.
SİA-nın məlumatına görə, şəkildə “HUAWEI AI eynəkləri” su işarəsi var.
Əvvəllər Huawei yalnız musiqi və zənglər üçün ağıllı eynəklər buraxırdı.
Görünür, yeni model də şəkil çəkə bilir. Şayiələr rəsmi elanın 2026-cı ilin birinci yarısında, ehtimal ki, 21 apreldə baş tuta biləcəyini göstərir.
Mediada yayılan məlumatlara görə, cihaz HarmonyOS-da işləyəcək, digər Huawei cihazları ilə sıx inteqrasiya olunacaq və real vaxt rejimində nitq tərcüməsi funksiyasına malik olacaq.
Nazlı Almuradova