Azərbaycanın futzal millisi yoldaşlıq görüşündə Gürcüstana uduzub

11 Aprel 2026 15:58 (UTC+04:00)

Futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoldaşlıq görüşünə çıxıb.

SİA xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ardıcıl ikinci dəfə qarşılaşdığı Gürcüstan yığmasına uduzub 2:5.

Görüş Tbilisi şəhərindəki İdman Sarayında keçirilib.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da eyni məkanda Gürcüstanla qarşılaşıb. Həmin matç da ev sahiblərinin (4:2) qələbəsi ilə bitib.

Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək