Köhnəlmiş ayaqqabılar dəbə qayıdıb...

11 Aprel 2026 21:45 (UTC+04:00)

...Köhnəlmiş ayaqqabı stili yenidən dəbə qayıdıb. Stilist və teleaparıcı Aleksandr Roqov köhnəlmiş ayaqqabı stilinin geri dönüşündən danışıb.

SİA xəbər verir ki, o, bu məlumatı 183.000 izləyicisi olan Telegram kanalında paylaşıb.

Mütəxəssisin sözlərinə görə, dairəvi burunlu ayaqqabılar yenidən populyarlaşıb.

O, həmçinin influenserlərin ultra dəbli ayaqqabı geyindikləri şəkilləri paylaşıb.

Qadınlar ayaqqabıları paltolar, ətəklər və gödəkçələrlə geyiniblər.

Aprel ayının əvvəlində 2000-ci illərin skeytbord idman ayaqqabıları da geri qayıdıb.

Məşhur dizaynerlər bu ayaqqabı stilini Dior, Valentino və Prada kolleksiyalarına daxil ediblər.

Nazlı Almuradova