Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

11 Aprel 2026 09:03 (UTC+04:00)

Xaçmazda piyadanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın Şimal bürosunun məlumatına görə, hadisə rayonun Həsənqala kəndi ərazisində qeydə alınıb.

Belə ki, kərəkətdə olan "Vaz-2107" markalı minik avtomobili yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Cəlilov İzzət Saleh oğlunu vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.