Rusiyadakı miqrantlara BƏD XƏBƏR - yeni cəzalar hazırlanır...

11 Aprel 2026 05:06 (UTC+04:00)

Rusiyada miqrantlara qarşı növbəti addım hazırlanır. Rusiya mediasının yazdığına görə, Dövlət Duması xarici vətəndaşların ölkədən deportasiya edilə biləcəyi cinayətlərin siyahısını genişləndirən qanun layihəsini nəzərdən keçirəcək.

Təklif olunan əsaslara ictimai əxlaqı pozan və Rusiya ordusunu nüfuzdan salan məlumatların internetdə yayılması daxildir. Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

Hazırda Rusiya İnzibati Xətalar Məcəlləsinin (İXM) 22 maddəsi miqrantların deportasiyasını nəzərdə tutur. Bunlara narkotik maddələrin qanunsuz dövriyyəsi və immiqrasiya pozuntuları daxildir. Qanun layihəsi bu siyahını 43 maddəyə qədər genişləndirməyi təklif edir.

Mətləb