Xəzər Dəniz Neft Donanmasına yeni rəhbər təyin edildi

10 Aprel 2026 23:27 (UTC+04:00)

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına rəis əvəzi təyin olunub. Bununla bağlı ASCO-nun İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb. Belə ki, Xəzər Dəniz Neft Donanmasına rəhbərlik Azər Qasımova həvalə olunub. Məlumata görə, A.Qasımov Donanmada şöbə müdiri vəzifəsində çalışır.

Mətləb