"Atəşkəsin əldə olunması fonunda tərəflər arasında qarşılıqlı hərbi əməliyyatların da davam etdiyi müşahidə olunmuşdur. Belə ki, İran tərəfinin cavab addımları çərçivəsində İsrail şəhərlərinə raket zərbələri endirməsi, eyni zamanda Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqdə yerləşən hərbi bazalarının hədəfə alınması regionda vəziyyətin nə qədər gərgin olduğunu göstərmişdir".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
_(1).jpg)
O bildirib ki, bu hadisələr nəticəsində hər iki tərəf ciddi insan tələfatı və dağıntılarla üzləşmişdir ki, bu da əldə olunmuş atəşkəsin dayanıqlılığı ilə bağlı suallar doğurur: "Eyni zamanda, bəzi beynəlxalq dairələrdə İsrailin danışıqlardakı mövqeyindən istifadə edərək prosesi manipulyasiya etdiyi ilə bağlı iddialar da səsləndirilir. Bu kontekstdə İsrailin danışıqlar masasına oturması və atəşkəs razılaşmasına qoşulması bəzi müşahidəçilər tərəfindən tam könüllü deyil, daha çox xarici təzyiqlərin nəticəsi kimi qiymətləndirilir.
Bu yanaşmaya görə, əgər ABŞ tərəfindən müəyyən diplomatik və siyasi təzyiqlər olmasaydı, münaqişənin dayandırılması istiqamətində belə bir razılaşmanın əldə olunması çətin görünə bilərdi.
Ümumilikdə isə regionda, xüsusilə İran ətrafında mövcud olan gərginlik hələ də davam etməkdədir və vəziyyətin gələcək inkişafı ilə bağlı dəqiq proqnoz vermək çətindir.
Əgər hərbi əməliyyatlar yenidən genişlənərsə, bu, münaqişənin daha kəskin və daha dağıdıcı mərhələyə keçməsi ilə nəticələnə bilər ki, bu da həm İran üçün, həm də ümumilikdə region ölkələri üçün ciddi təhlükələr yaradır".