“Qiymətləndirmə prosesində süni intellektin istifadəsi zamanla zəruri hala çevriləcək” -SABİC EL RAYESS

10 Aprel 2026 11:58 (UTC+04:00)

Beynəlxalq Dinlərarası Tədqiqatlar Laboratoriyasının İcraçı Direktoru Amra Sabic El Rayess Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə Bakıda keçirilən “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” adlı beynəlxalq elmi-praktik konfransda süni intellektlə bağlı videomüraciət edib.

SİA xəbər verir ki, o müraciətdə bu yanaşmanın gələcək üçün dayanıqlı bilik və bacarıqlara malik bir nəslin formalaşmasına töhfə verəcəyini bildirib.

“Qiymətləndirmə prosesində süni intellektin istifadəsi zamanla zəruri hala çevriləcək. Zaman bizdən yeni yanaşmalar tələb etdikcə, buna hazır olmalıyıq. Bu isə yalnız süni intellekt texnologiyalarının tətbiqi ilə mümkündür”.

Direktor həmçinin qeyd edib ki, yeni nəsil öz üzərində daha çox çalışmalı və dövrün tələblərinə uyğun şəkildə inkişaf etməlidir.