Məşhur alman aktyor 95 yaşında vəfat edib

9 Aprel 2026 23:32 (UTC+04:00)

Məşhur alman aktyor Mario Adorf vəfat edib. Məlum olub ki, qocaman aktyor 95 yaşında qısa sürən xəstəlikdən sonra Parisdəki evində dünyasını dəyişib.

Qeyd edək ki, M.Adorf karyerasına 1954-cü ildə başlayıb. O, 200-dən çox filmdə rol alıb. Aktyorun çəkildiyi məşhur ekran işləri arasında "Tənəkə təbil", "Balaca lord", "Pinokkio", "Əsl döyüş", "Timsah", "Sonuncu Patriarx", "On zənci balası" yer alır.

Mətləb