Everest dağına qalxan ilk ABŞ vətəndaşı kimi tarixə düşən alpinist Cim Uitakker 97 yaşında dünyasını dəyişib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Uitakkerin ailəsi BBC-yə verdiyi açıqlamada bildirib ki, dünyanın ən yüksək zirvəsi olan Everestə qalxan ilk amerikalı kimi tanınan alpinist 7 aprel tarixində Vaşinqton ştatının Port Taunsend şəhərindəki evində vəfat edib.
“Big Jim” (Böyük Cim) ləqəbi ilə tanınan Uitakker 10 fevral 1929-cu ildə Sietldə anadan olub və 1940-cı illərdə izcilik fəaliyyəti çərçivəsində əkiz qardaşı Lou Uitakker ilə birlikdə dağçılığa başlayıb.
İki qardaş 16 yaşlarında olarkən Vaşinqton ştatındakı Olimpik dağlarının ən yüksək nöqtəsi olan Olimp dağına qalxıblar.
1963-cü ilin may ayında Everestin zirvəsinə uğurla qalxan Uitakker uzun illər dağçılıq dünyasının aparıcı simalarından biri olub.
Uitakker 83 yaşında ailəsi ilə birlikdə yenidən Everestə qalxıb.