Z-təbliğatçısı FSB-nin təhdidləri üzündən Rusiyadan qaçıb...

9 Aprel 2026 20:23 (UTC+04:00)

...Tanımamış olmazsınız: federal televiziyada Rusiya verilişlərinin müntəzəm iştirakçısı və Putin tərəfdarı olan qızğın təbliğatçı Viktor Oleviç nə qədər canfəşanlıq etsə də, deyəsən Kremlin rəğbətini qazana bilməyib.

Və o, bu yaxınlarda Federal Təhlükəsizlik Xidmətinin (FSB) təzyiqi səbəbindən Rusiyadan qaçıb..?

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ukraynalı jurnalist Denis Kazanski bildirib.

...Oleviçin sözlərinə görə, təhlükəsizlik rəsmiləri iki dəfə onun evinə təhdidlərlə gəlib, ondan əməkdaşlıq və Rusiya vətəndaşlığı tələb ediblər (...deyim ki, Siz də biləsiniz: Viktor Oleviç Odessada anadan olan amerikalıdır – A.B.)

Təbliğatçı iddia edir ki, o, bu tələbləri rədd edib və sonra təhlükəsizliyindən qorxaraq getmək qərarına gəlib.

Hazırda o, Yunanıstandadır və dəstək istəyir, ABŞ vətəndaşı olduğunu israr edir. Lakin Kazanski qeyd edir ki, Oleviç əvvəllər Rusiya federal televiziyasında müntəzəm olaraq çıxış edib və ümumiyyətlə Ukraynaya qarşı müharibəni dəstəkləyib.

Əli Babayev