...ABŞ Prezidenti Donald Trampın İrana qarşı müharibədə iki həftəlik fasilə elan etməsindən sonra səhmlər yüksəlir, neftin qiymətləri isə düşür.
Sual oluna bilər: Rusiya bu təsirdən nə qədər itirəcək?
Deməli, SİA-nın əldə etdiyi məlumata görə, Brent markalı neftin qiyməti Primorsk limanında 110 dollardan yuxarı pik hədlərdən barrel üçün 94-95 dollara, WTI markalı neftin qiyməti 95 dollara, Rusiyanın Urals markalı neftinin qiyməti isə Primorsk limanında 116 dollardan 92-95 dollara düşüb. Bu, sadəcə texniki düzəliş deyil, müharibədən əvvəl qlobal neft axınının təxminən 20 faizinin keçdiyi Hörmüz boğazının bağlanması riski səbəbindən bazarın qiymətləndirdiyi müharibə premiyasının sürətli şəkildə aşınmasıdır.
Urals markalı neftin qiymətinin barrel üçün 116 dollardan 85 dollara düşdüyü baza ssenarisini fərz etsək, Rusiya barrel üçün təxminən 31 dollar itirir. Hazırkı dəniz yolu ilə xam neft ixracı gündə təxminən 4,0-4,2 milyon barel səviyyəsindədirsə, bu, gündəlik təxminən 120-130 milyon dollar gəlir itkisinə və ya həftədə təxminən 0,85-0,9 milyard dollara bərabərdir.
İnfrastruktur təsirləri səbəbindən fiziki həcmlərin azalması və müvəqqəti olaraq gündə -3,2 milyon barelə düşməsi nəzərə alınsa belə, itirilmiş gəlirin həcmi həftədə təxminən 0,65-0,7 milyard dollar təşkil edir.
Bu, sonrakı siyasət qərarları nəzərə alınmadan yalnız qiymət effektidir.
Daha ciddi ssenari ABŞ-ın Rusiya neftinin Hindistana ixracına qeyri-rəsmi güzəştləri uzatmamaq qərarı ilə əlaqələndirilir.
Xatırladaq ki, 5 mart 2026-cı ildə verilmiş güzəştin 30 gün müddətində qüvvədə olmalı olduğu bildirilirdi. Lakin, 19 martda qiymətlərin artması ilə bağlı narahatlıqlar fonunda ABŞ yenilənmiş lisenziya (yeni güzəşt) verərək onu 11 aprel 2026-cı ilə qədər uzatdı. Beləliklə, şənbə günü başqa bir uzadılmanın verilib-verilməyəcəyini görəcəyik.
Əli Babayev