...Kaliforniyanın Mərkəzi Dairəsi üzrə ABŞ Federal Məhkəməsi narkotik satıcısı Casvin Sanqaya hökm oxuyub.
O, aktyor Metyu Perrinin həddindən artıq dozada ölümünə görə 15 il həbs cəzası alıb.
SİA-nın əldə etdiyi məlumata görə, Sanqa, müştərilərinin çoxunun ona verdiyi ləqəb olan “ketamin kraliçası” kimi tanınır.
2025-ci ilin sentyabr ayında o, günahını etiraf etdi. Casvin Sanqa cənab Perriyə ölümünə səbəb olan dərmanı satdığını təsdiqləyib. Məhkəmə əvvəllər iş üzrə bir neçə digər təqsirləndirilən şəxsə hökm oxuyub - xüsusən də aktyora qanunsuz olaraq dərman verən həkim 2,5 il həbs cəzası alıb.
“Dostlar” serialındakı rolu ilə tanınan Metyu Perri 2023-cü ilin oktyabrında 54 yaşında vəfat edib.
Onun cəsədi Los-Ancelesdəki evindəki isti vannada tapılıb. Aktyor uzun illərdir alkoqol və narkotik asılılığından əziyyət çəkirdi.
Mütəxəssislər ölümün səbəbinin “kəskin ketamin təsiri” olduğunu müəyyən ediblər.
Əli Babayev