“Ruslar, evə gedin!”

9 Aprel 2026 18:45 (UTC+04:00)

...Rusiyalı müxbirlər Macarıstanın Naqikanissa şəhərində Tisa müxalifət partiyasının lideri Peter Madyarın seçki mitinqi zamanı peyda olublar.

Madyar onları istehza ilə qarşılayıb və izdiham ucadan “Ruslar, evə gedin!” deyə qışqırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Telex” xəbər verir.

...İcazə verin, Rusiya təbliğat mediasını təbrik edim. Macarıstandakı azadlığın və rejim dəyişikliyinin dadını çıxarın! - deyə müxalifət partiyasının lideri bildirib.

“Ruszkik, haza” şüarı 1956-cı il Macarıstan üsyanı zamanı Sovet təsirinə müqavimətin simvoluna çevrilib.

Macarıstanlı etirazçılar seçkiqabağı mitinq zamanı Baş nazir Viktor Orbana "Ruslar, evə gedin!" şüarları da səsləndiriblər.

Əli Babayev