14 il “qızı”na aliment ödəyib və sonra qızın onun olmadığını aşkar edib...

9 Aprel 2026 21:14 (UTC+04:00)

...Belarusda, Minskdə keçmiş həyat yoldaşı keçmiş ərinə boşandıqdan sonra mütəmadi olaraq aliment ödədiyi qızın onun bioloji qızı olmadığını bildirib.

SİA-nın məlumatına görə, məhkəmə məsələni genetik testin nəticələrinə əsasən həll edib.

Cütlük yeddi il birlikdə olub. Bu müddət ərzində onların bir qızı olub. Boşandıqdan sonra keçmiş ər məhkəmənin təyin etdiyi alimenti lazımi qaydada ödəyib.

Lakin boşanmadan 14 il sonra, qızları ilə müntəzəm əlaqə saxlamalarına baxmayaraq, keçmiş həyat yoldaşı keçmiş ərinə qızın bioloji atası olmadığını bildirib.

Kişi atalığının uşağın doğum haqqında şəhadətnaməsindən çıxarılması üçün məhkəmə iddiası qaldırıb.

İcraatın bir hissəsi olaraq məhkəmə-genetik test təyin edilib. Dövlət Məhkəmə Ekspertizası Komitəsinin mütəxəssisləri qızın sənədlərdə atası kimi göstərilən kişinin bioloji qızı olmadığı qənaətinə gəliblər.

…Müayinə nəticələri onun atalığı haqqında məlumatların doğum haqqında şəhadətnamədən çıxarılması üçün əsas olub, - deyə idarə qeyd edib.

Nazlı Almuradova