Bu gün Livanda milli matəm elan olunub

9 Aprel 2026 06:02 (UTC+04:00)

İsrailin Beyrut və digər şəhərləri bombalaması nəticəsində 254 vətəndaşın ölümü ilə əlaqədar 9 apreldə Livanda milli matəm elan edilib. Bu barədə ölkənin baş naziri Nəvaf Salamın verdiyi fərmanda qeyd olunur.

"Baş nazir Salam 9 aprel 2026-cı ildə İsrail hücumlarının qurbanı olan yüzlərlə günahsız və silahsız həmvətənləri üçün milli matəm günü elan edib", - fərmanda deyilir.

Salam dövlət idarələrinin, ictimai təşkilatların və bələdiyyələrin bağlanmasını əmr edib. Dövlət bayraqları hər yerdə yarıya endiriləcək. Hakimiyyət orqanları həmçinin radio və televiziya proqramlarını da tənzimləyəcək.

Mətləb