Ermənistanda 2 hərbçi yol qəzasında ölüb

8 Aprel 2026 23:16 (UTC+04:00)

Bu gün Ermənistanın Lori rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Ermənistanın "Armenpress.am" saytının yazdığına görə, Vanadzor-Spitak (Böyük Qarakilsə - Hamamlı) yolunun 10-cu kilometrliyində "VAZ 21014" və "DAF" markalı avtomobillər toqquşub.

Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, iki nəfər yerindəcə ölüb. Xəsarət alan iki nəfər isə Spitak xəstəxanasına yerləşdirilib. Ölənlərin Ermənistan Müdafiə Nazirliyinin hərbçiləri olduğu bildirilir.

Mətləb