Alimlər ən sağlam “axşam” içkilərinin adını açıqlayıblar...

8 Aprel 2026 21:34 (UTC+04:00)

...2-ci tip diabetli insanlar axşamlar darçın, çobanyastığı və ya lavanda kimi bitki çaylarını seçməlidirlər.

SİA-nın məlumatına görə, dietoloq Treysi Lokvud Bekkerman "Eating Well" jurnalına verdiyi açıqlamada bildirib ki, bu içkilər qan şəkərinin səviyyəsini qorumağa və susuzlaşmanın qarşısını almağa kömək edir.

Mütəxəssisin sözlərinə görə, darçın çayı xüsusilə faydalı ola bilər: bəzi tədqiqatlar göstərir ki, darçın dolayı yolla 2-ci tip diabetli insanlarda qlükoza səviyyəsini aşağı salmağa kömək edir.

Darçın tərkibində darçın aldehid, darçın turşusu, darçın spirti, kumarin və evgenol kimi bioaktiv birləşmələr var.

Bu komponentlər karbohidrat metabolizmasının müxtəlif aspektlərinə təsir göstərə bilər.

…Digər uyğun seçim çobanyastığı və ya lavanda kimi şəkərsiz bitki çaylarıdır. Onlar qan şəkərinin idarə olunması üçün vacib olan maye balansının qorunmasına kömək edir. Susuzlaşma qan qlükoza səviyyəsini artıra bilər, - deyə ekspert izah edib.

Dietoloq həmçinin qeyd edib ki, axşamlar isti bitki çayı içmək rahatlamağa kömək edir və stress hormonu olan kortizol səviyyəsini azaldır.

Yüksək səviyyəli kortizol, hətta diabetsiz insanlarda belə, bədəndə qlükoza istehsalını artıra bilər.

Həkim həmçinin aydınlaşdırdı ki, bu tövsiyələr hərtərəfli dərman qəbulunu, sağlam qidalanmanı və fiziki fəaliyyəti əvəz etmir, əksinə dəstəkləyici tədbir kimi xidmət edir.

Nazlı Almuradova