Təbriz əhli infrastruktur ətrafında “canlı sipər” yaradıb...

8 Aprel 2026 19:53 (UTC+04:00)

...Gərək ki, SİA bu barədə dünən də yazmışdı...

...SİA xəbər verir ki, Fars xəbər agentliyinin məlumatına görə, ABŞ hökumətinin İran sivilizasiyasını məhv etmək təhdidləri fonunda İran sakinləri mühüm infrastruktur obyektləri ətrafında insan zənciri yaradıblar.

Təbrizdə yerli sakinlər istilik elektrik stansiyasında toplaşıb insan zənciri yaradaraq dözümlülüklərini, cəsarətlərini və vətənlərini müdafiə etməyə hazır olduqlarını nümayiş etdiriblər.

İran vətənpərvərləri əllərində milli bayraqlar və liderlərinin portretlərini tutublar. Bir çox fəal uşaqlarını etiraz aksiyasına gətirib.

Dezful şəhərində tələbələr 1700 ildən çox əvvəl tikilmiş köhnə körpüdə oxşar etiraz aksiyası təşkil ediblər.

Bundan əlavə, iranlılar Qəzvin, Təbriz, Həmədan, Mazandaran, Behistun və bir neçə başqa şəhərdəki elektrik stansiyalarının yaxınlığında insan zənciri yaradıblar.

Əli Babayev