Rayonlarda yağıntı intensivləşəcək

8 Aprel 2026 16:20 (UTC+04:00)

Azərbaycanın əksər rayonlarında aprelin 9-da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.

Bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.