Bu ilin yanvar ayında Azərbaycana xarici ölkələrdən 28,87 milyon ABŞ dolları dəyərində 129 min 933 ton buğda gətirilib.
SİA-nın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 54 %, kəmiyyət olaraq 50 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 18,97 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3 dəfə çox) 83 min 613 ton (+3 dəfə) və Qazaxıstandan 9,9 milyon ABŞ dolları dəyərində (-19 %) 46 min 320 ton (-21 %) buğda alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 1 milyon 267 min 322 ton buğdanın 52,26 %-i Qazaxıstanın, 47,73 %-i Rusiyanın payına düşüb.