Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub

8 Aprel 2026 13:34 (UTC+04:00)

Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub.

SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələ ocağı Lənkəran şəhərindən 58 km məsafədə olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ Lənkəran,Yardımlı, Lerik, Astara,Cəlilabad, Neftçala 4-3 bal hiss olunub. Yeraltı təkanlar isə 70 km dərinlikdə qeydə alınıb.