“Tunelin inşası başa çatdıqdan sonra Qırmızı və Yaşıl xətlər tam müstəqil fəaliyyət göstərəcək və sərnişinlər bu xətlər arasında keçidi “28 May–Cəfər Cabbarlı” keçidi vasitəsilə həyata keçirəcəklər”.
SİA xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında bildirib.
O vurğulayıb ki, tikinti müddətində qatarların hərəkəti mövcud sxem üzrə təşkil olunur: “Layihənin növbəti mərhələsində sərnişinlər “28 May” və “Nizami” stansiyaları arasında yerüstü nəqliyyatdan istifadə edəcəklər. Tunelin tikintisinin əsas işlərinin 11 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur və bundan sonra metro xətlərinin fəaliyyəti daha səmərəli təşkil ediləcək”.